İnsanlara hürriyət, millətlərə istiqlal!

Bardağı daşıran son damla – Putin Paşinyanı son görüşə çağırdı

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanda ŞƏT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Musavat.com xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqların Ermənistanda müxalifət liderlərinin kütləvi həbsləri fonunda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, həbs olunanlar arasında Rusiya ilə ənənəvi qonşuluq münasibətlərinin fəallaşdırılmasını müdafiə edən şəxslər də var.

Uşakov bildirib ki, görüşün əsas mövzularından biri Ermənistanın Avropaya inteqrasiya kursu olacaq.

“Biz əvvəlki kimi israr edirik ki, Ermənistan Avropa İttifaqına üzv olmağa can atmaqla yanaşı, eyni zamanda Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqdan böyük faydalar əldə edə bilməz. Bu məsələni hansısa şəkildə həll etmək lazımdır və prezidentlə baş nazir, şübhəsiz ki, bu barədə danışacaqlar”, – deyə Uşakov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR