İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda “Qarabağ generalları” üçün həbs dalğası gəlir - Gizli videolar...

Ermənistanda keçmiş separatçı rejimin yüksək rütbəli hərbçilərinə qarşı yeni cinayət işlərinin başlanacağı və səs-küylü həbslərin olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti hakim “Vətəndaş Müqaviləsi” partiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının diqqət mərkəzində vaxtilə Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin hərbi strukturlarında yüksək vəzifələr tutmuş, hazırda isə Ermənistanda müxtəlif biznes strukturlarına sahib şəxslər var.

Qəzet bildirir ki, həmin şəxslərə qarşı cinayət işlərinin başlanması gözlənilir. Bununla yanaşı, proses zamanı “qalmaqallı videogörüntülərin” də ortaya çıxacağı bildirilir.

Hələlik mümkün həbslərlə bağlı konkret adlar açıqlanmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR