İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdə “yalnız qaradərililər” qalmaqalı - Ağ uşaqlar hovuza buraxılmayacaqdı

Almaniyanın paytaxtı Berlində qaradərili uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan xüsusi üzgüçülük tədbiri böyük siyasi və ictimai qalmaqala çevrilərək ləğv edilib.

Musavat.com xəbər verir ki, tədbir Berlinin məşhur Volksbühne teatrının qarşısında yaradılmış müvəqqəti “Volksbad” hovuzunda keçirilməli idi.

Plan üzrə hovuz avqustun 14-də saat 12:00-dan 18:00-dək qaradərili uşaqlar və yeniyetmələrin daxil olduğu icmanın istifadəsinə ayrılacaqdı.

Təşəbbüs Volksbühne ilə irqçiliyin qarşısının alınması və qaradərili insanların dəstəklənməsi istiqamətində çalışan “Each One Teach One” (EOTO) təşkilatının əməkdaşlığı çərçivəsində hazırlanmışdı. Təşkilatçılar bunun ayrı-seçkiliklə üzləşən uşaqlar üçün təhlükəsiz mühit yaratmaq məqsədi daşıdığını bildiriblər. Volksbühne rəhbəri Matthias Lilienthal layihəni müdafiə edərək belə qruplara müəyyən vaxtlarda ayrıca imkan yaradılmasını Berlinin ayrı-seçkiliyə qarşı siyasəti ilə əsaslandırıb.

Lakin hovuzun bir neçə saat ərzində yalnız qaradərili icmanın nümayəndələrinə ayrılması Almaniyada kəskin mübahisəyə səbəb olub.

AfD-nin həmsədri Alice Weidel təşəbbüsü sərt tənqid edərək bunu “ağlar üçün aparteid” adlandırıb. Bununla o, ağdərili insanların həmin müddətdə hovuzdan istifadə edə bilməməsinə etiraz edib.

Müzakirələr böyüdükdən sonra EOTO təşkilatı irqçi məzmunlu elektron məktublar, zorakılıq hədələri və sosial şəbəkələrdə ayrı-seçkilik xarakterli şərhlər aldıqlarını açıqlayıb. Təşkilatçılar uşaqların fiziki və psixoloji təhlükəsizliyinə təminat verə bilməyəcəklərini əsas gətirərək tədbiri ləğv ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR