İnsanlara hürriyət, millətlərə istiqlal!

Pavloqrada raket zərbəsi: Yanğın başladı, ağır yaralılar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə zərbə endirib.

Musavat.com xəbər verir ki, hücum nəticəsində ərazidə güclü yanğın baş verib. İlkin məlumatlara görə, hadisə zamanı 4 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub, yanğının söndürülməsi və dağıntılar altından insanların xilas edilməsi istiqamətində işlər davam etdirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR