Onlayn ictimai-siyasi qəzet
İsveç Finlandiyanın rəsmi müraciəti əsasında Rusiya ilə sərhəd ərazilərdə patrul xidməti həyata keçirmək üçün "Gripen" qırıcı təyyarələrini və hərbi gəmilərini bölgəyə yönəldir.
Musavat.com xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Əməliyyatın əsas məqsədi NATO-nun şərq cinahını gücləndirmək, eləcə də Rusiya tərəfindən gələ biləcək pilotsuz uçuş aparatlarını (PUA) vaxtında aşkar etmək və onlara qarşı mübarizə imkanlarını artırmaqdır.
Stokholm və Helsinki bu addımı regionda təhlükəsizlik risklərinin artması və hava məkanının mühafizəsinin gücləndirilməsi zərurəti ilə əsaslandırırlar.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ