Onlayn ictimai-siyasi qəzet
Aİ 3 (Böyük Britaniya, Almaniya və Fransa), Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə İstanbulda keçirilməsi planlaşdırılan İranla bağlı görüş təxirə salınıb.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrinə istinadən DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təxirəsalınmaya iştirakçılardan birinin iş qrafikindəki üst-üstə düşmələr səbəb olub.
Görüşün yeni tarixi hələlik müəyyən edilməyib.
Əvvəllər DPA qeyd edirdi ki, Almaniya, Türkiyə, Fransa və Böyük Britaniya XİN rəhbərləri avqustun 30-da İstanbulda Səudiyyə Ərəbistanı, Pakistan və Misirdən olan həmkarları ilə görüşməli idilər.
Danışıqların təşəbbüskarları Almaniya və Türkiyə tərəfləri olub.
Nazirlərin digər məsələlərlə yanaşı, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi yollarını, eləcə də regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edəcəkləri planlaşdırılırdı.
İştirakçı ölkələr bu görüşün ABŞ-yə İranla danışıqların davam etdirilməsinin vacibliyi barədə siqnal olacağını gözləyirdilər. Bundan əlavə, İstanbulda Qara dənizdəki vəziyyətin və Ukrayna taxılının ixracının müzakirəsi planlaşdırılırdı.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ