İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda 15 yaşlı azərbaycanlının meyiti 30 metr dərinlikdə aşkarlandı

6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb.

Musavat.com 24News.ge saytına istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.

Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev avqustun 23-də Tbilisi gölünə çimməyə gedərkən boğularaq həyatını itirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR