İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda səs-küy yayılan daha bir restorandan ŞİKAYƏT - VİDEO

Gecəyarısınadək səsləndirilən musiqi səsləri yaşayış kompleksinin əksər mənzillərində eşidilir.

Musavat.com Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Yasamal rayonunda fəaliyyət göstərən "İzmir" restoranındandır.

İnşaatçılar prospektindəki 33-a ünvanında  yaşayan sakinlər iddia edirlər ki,  yaşayış kompleksinin sakinləri  yay  mövsümü başalayandan  gecələr mənzillərində səs-küydən dincələ bilmirlər.

Sakinlər deyirlər ki, hətta dəfələrlə bununla bağlı aidiyyəti qurumlara məlumat veriblər. Tədbir görülməsi üçün müraciətlərə baxmayaraq, iaşə obyektinin rəhbərliyi onların narahatlığına məhəl qoymur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR