Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində Ukraynanın ticarət şəbəkələrinə məxsus ərzaq logistikası və anbar infrastrukturunun təxminən 90%-i məhv edilib.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Vısotski jurnalistlərə açıqlamasında bildirib.
"Bu günə olan məlumata görə, şərti olaraq desək, ticarət şəbəkələrinin ərzaq logistikasının 90%-i sıradan çıxarılıb. Lakin bu, ukraynalıların ərzaqsız qalacağı anlamına gəlmir və ölkədə kütləvi açlıq təhlükəsi yoxdur.
Təchizat fasiləsiz olaraq başqa alternativ yollarla, birbaşa nəqliyyat vasitələrindən çatdırılma və digər operativ operativ mexanizmlərlə təmin olunacaq",–deyə Taras Vısotski vurğulayıb.
Nazir əlavə edib ki, bu hücumlar mağazalardakı çeşidlərə təsir etsə də, əsas qida məhsullarının təminatında fiziki qıtlıq yaranmayacaq.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ