Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Ukraynadakı hərbi münaqişədə Rusiyanın tərəfində döyüşən yeganə müttəfiq ölkənin Şimali Koreya (KXDR) olduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Rusiya diplomatiyasının rəhbəri cəbhədəki mövcud vəziyyəti və beynəlxalq koalisiyanı şərh edərkən gözlənilməz etirafla çıxış edib.
"Çoxları Ukraynadakı müharibəni Dünya müharibəsi adlandırır. Lakin səngərlərdə bizimlə çiyin-çiyinə dayanan yeganə hərbçilər Şimali Koreyadan olan hərbi qulluqçular idi. Qalan hamı isə qarşı tərəfdə yer alıb", – deyə Sergey Lavrov vurğulayıb.
Rusiya XİN rəhbərinin bu bəyanatı Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın pik həddə çatdığını və Qərblə qarşıdurmada Rusiyanın əsas istinad nöqtəsini növbəti dəfə nümayiş etdirir.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ