İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkəyə axın edirlər - Həm ucuzdur, həm də viza tələb olunmur

Son dövrlərdə türk turistlərin xaricdə istirahət üçün üstünlük verdiyi ölkələr arasında Serbiya önə çıxır. Viza tələbinin olmaması, qısa uçuş müddəti və münasib qiymətli seçimlərin mövcudluğu ölkəyə turist axınının artmasına səbəb olan əsas amillər sırasındadır.

Musavat.com xəbər verir ki, xüsusi və ümumvətəndaş pasportu olan Türkiyə vətəndaşları Serbiyaya 90 günədək vizasız səfər edə bilirlər. İstanbuldan paytaxt Belqrada birbaşa uçuşlar təxminən 1 saat 50 dəqiqə davam edir. Bu da Serbiyanı xüsusilə həftəsonu və qısa müddətli səyahətlər üçün əlverişli istiqamətə çevirir.

Ölkədə avro əvəzinə Serbiya dinarından (RSD) istifadə olunması da turistlərə bəzi xərclərdə daha münasib alternativlər təqdim edir. Xüsusilə yaşayış və qidalanma baxımından Avrozonanın bir sıra ölkələri ilə müqayisədə daha büdcə dostu seçimlər tapmaq mümkündür.

Türkiyə ilə Serbiya arasında tarixi əlaqələr gündəlik həyat və mətbəx mədəniyyətində də özünü göstərir. Ənənəvi yeməklərdəki oxşarlıqlar və dildə istifadə olunan bəzi ortaq sözlər türk turistlərin ölkədə özlərini daha rahat hiss etməsinə şərait yaradır.

Serbiyanın paytaxtı Belqradda yerləşən Kalemegdan qalası, Knez Mihaylova küçəsi və çay kənarındakı sosial məkanlar turistlərin əsas ziyarət etdiyi yerlər arasındadır.

Təbiət həvəskarları üçün isə Tara Milli Parkı və Uvaç Kanyonu diqqət çəkən istiqamətlərdəndir.

Viza tələb olunmasa da, Serbiyaya səfər edən Türkiyə vətəndaşlarının sərhəd-keçid qaydalarına diqqət etməsi vacibdir.

Ölkəyə daxil olmaq üçün pasportun ən azı 6 ay etibarlılıq müddətinin olması tələb olunur.

Sərhəd nəzarəti zamanı geri dönüş bileti, təsdiqlənmiş hotel rezervasiyası və səfər müddətində kifayət qədər maliyyə imkanının olduğunu göstərən məlumatlar tələb oluna bilər.

Bundan başqa, Serbiyaya daxil olduqdan sonra 24 saat ərzində qalınan hotel və ya ev sahibi tərəfindən polisə məlumat verilməli və “Ağ kart” alınmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR