İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubio: Doğru qərar verilərsə, Venesuelanın qalan rəhbərliyi ilə işləməyə hazırıq

ABŞ hakimiyyətdən kənarlaşdırılan prezident Nikolas Maduronun devrilməsindən sonra Venesuelada qalan siyasi rəhbərliklə əməkdaşlığa hazırdır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio CBS News telekanalına verdiyi müsahibədə bildirib.

Rubionun sözlərinə görə, Vaşinqton vəziyyəti Venesuela rəhbərliyinin atacağı addımlara əsasən qiymətləndirəcək:

“Biz hər şeyi onların nə edəcəyinə baxaraq dəyərləndirəcəyik. Bir şeyi dəqiq bilirəm: əgər onlar doğru qərar verməsələr, ABŞ-ın təsir göstərmək üçün kifayət qədər çox rıçaqları qalacaq”.

NBC telekanalına verdiyi digər müsahibədə Rubiodan ABŞ-ın Venesuela ilə müharibə vəziyyətində olub-olmadığı soruşulub. Dövlət katibi bu iddianı rədd edib:

“Bu, müharibə deyil. Biz narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan təşkilatlara qarşı mübarizə aparırıq. Bu, Venesuelaya qarşı müharibə deyil”.

Rubio əlavə edib ki, ABŞ-a narkotik daşıyan gəmilərin ələ keçirilməsi əməliyyatları davam etdiriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR