Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburq şəhərində Rusiya Silahlı Qüvvələrinin podpolkovnikinin avtomobilinə partlayıcı qurğunu 24 yaşlı qızın qoyduğu məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın "Fontanka" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
İstintaqın versiyasına görə, gənc qız Peterburqa gələrək göstərilən ünvandakı avtomobili tapıb və avqustun 26-sı axşam saatlarında partlayıcı qurğunu maşının alt hissəsinə, sürücü oturacağının tərəfinə bərkidib. Sui-qəsdi törədən şəxs dərhal Rusiyanı tərk edərək əvvəlcə Türkiyəyə, oradan isə Moldovaya uçub. Partlayış avqustun 27-də baş verib.
Nəticədə yüksəkrütbəli hərbçi hadisə yerində həyatını itirib, onunla birgə olan həyat yoldaşı isə müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalıb. Mediada həlak olan podpolkovnikin adı hələ ki açıqlanmır.
Musavat.com
29 Avqust 2026
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ