Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putinin bu həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Brayan Uitkofla görüşü baş tuta bilər.
Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Vaşinqton Ukrayna üzrə sülh danışıqları ilə bağlı vasitəçilik səylərini davam etdirir:
"Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin həlli yollarının axtarışı üzrə vasitəçilik səylərini davam etdirir. Bu səylər çox vacibdir", – deyə Peskov bildirib.
Peskov həmçinin əlavə edib ki, bu gün günün ikinci yarısında Prezident Putinin beynəlxalq telefon danışığı planlaşdırılıb.
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ