Onlayn ictimai-siyasi qəzet
Polşa Belarus istiqamətindən daxil olan naməlum obyektlər səbəbilə hava məkanının bir hissəsini müvəqqəti olaraq bağlayıb.
Musavat.com xəbər verir ki, Polşa hərbçilərinin məlumatına görə, söhbət böyük ehtimalla küləyin təsiri ilə hərəkət edən kontrabanda məqsədli hava şarlarından gedir.
Bildirilib ki, bütün obyektlər radar sistemləri vasitəsilə izlənilib və mülki aviasiya üçün hər hansı təhlükə qeydə alınmayıb. Buna baxmayaraq, ehtiyat tədbiri olaraq hava məkanında məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus ərazisindən kontrabanda məqsədilə istifadə olunan meteoroloji zondların və hava şarlarının buraxılmasının qarşısının alınacağını bəyan etmişdi.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ