Onlayn ictimai-siyasi qəzet
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində çoxmərtəbəli yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaş xilas edilib.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın onikimərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində paltar asdığı zaman yıxılaraq beşinci mərtəbənin eyvanında dəmir barmaqlıqlardan asılı vəziyyətdə qaldığı və hər an yıxılmaq təhlükəsində olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək eyvanın dəmir barmaqlıqlarını kəsərək 1999-cu il təvəllüdlü L.Məmmədovanı xilas ediblər.
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ