Onlayn ictimai-siyasi qəzet
Pakistanın daxili işlər naziri Möhsin Naqvi Tehrana səfər edib.
Musavat.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Tasnim" informasiya agentliyinin şənbə günü yaydığı məlumata görə, nazirin İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü planlaşdırılır.
Məlumatda qeyd olunur ki, Naqvi Tehrana səfərindən əvvəl Pakistanın baş naziri Şahbaz Şəriflə görüşüb və İran ilə ABŞ arasındakı danışıqlara dair müvafiq təlimatlar alıb.
Bu arada, rəsmi Tehran bəyan edir ki, İran rəsmiləri ABŞ ilə aparılan danışıqlarda tam koordinasiyalı şəkildə hərəkət edirlər.
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref bildirib ki, ölkəsi ABŞ ilə danışıqlarda aydın strategiyaya malikdir və bütün rəsmilər bu xətti tam koordinasiya şəraitində izləyirlər.
"İran rəsmiləri arasında danışıqların mətni və təklifləri ilə bağlı heç bir fikir ayrılığı yoxdur", - deyə Aref əlavə edib.
Digər tərəfdən, İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin lazım gələrsə, Bab əl-Məndəb boğazını bağlaya biləcəyini diqqətə çatdırıb.
İranın hərbi və strateji imkanlarına toxunan Nikzad mövzu ilə bağlı kəskin xəbərdarlıq edib: "Biz Hörmüz boğazını bağlamışıq, ehtiyac yaranacağı təqdirdə Bab əl-Məndəb boğazını da bağlayacağıq".
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ