Onlayn ictimai-siyasi qəzet
Almaniyada sürücünün saatda 286 kilometr sürətlə idarə etdiyi “Tesla” avtomobili dəhşətli qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, hadisə Almaniyanın sürət məhdudiyyəti tətbiq olunmayan avtoban hissəsində baş verib.
Məlumata görə, sürücü “Tesla Model S Plaid” avtomobili ilə saatda 286 kilometr sürətlə hərəkət edərkən qəfil güclü partlayış səsi eşidib.
Sürücünün sözlərinə görə, avtomobilin arxa hissəsindəki “Goodyear Eagle F1 SuperSport” markalı təkər partlayıb. Nəticədə avtomobil idarəetmədən çıxıb, hərəkət zolağından kənara sürüşərək aşıb.
Qəzanın dəhşətli görüntülərində avtomobilin ciddi şəkildə dağıldığı, gövdəsinin parçalandığı, damının əzildiyi və müxtəlif hissələrinin qopduğu görünür.
Bütün bunlara baxmayaraq, sürücü ağır xəsarət almadan qəzadan sağ çıxıb.
Hadisədən sonra sürücü öyrənib ki, sözügedən təkər modelinin müəyyən partiyaları əvvəllər protektor təbəqəsinin ayrılması təhlükəsi səbəbindən geri çağırılıb.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ