Onlayn ictimai-siyasi qəzet
Ermənistanda rusiyalı oliqarx Samvel Karapetyanın ailəsinə məxsus əmlakla bağlı yeni ittihamlar gündəmə gəlib.
Musavat.com xəbər verir ki, yayılan məlumatlarda fotoda görünən iri malikanənin kadastr sənədlərində vahid tikili kimi deyil, beş ayrı ev kimi qeydiyyata alındığı bildirilir.
Məlumata görə, həmin beş hissənin hamısı eyni şəxsə, Karapetyanın qardaşı - Vaqe Karapetyanın həyat yoldaşına məxsusdur.
Məlumatda qeyd olunur ki, bu üsulla daşınmaz əmlak vergisinin məbləği əhəmiyyətli dərəcədə azaldılıb. Hesablamalara əsasən, tikili vahid ev kimi qeydiyyata alınsaydı, əmlak vergisi 12 milyon 730 min 518 dram təşkil edəcəkdi. Beş hissəyə bölündükdən sonra isə bu məbləğin 6 milyon 410 min 709 drama endiyi iddia olunur.
Müəlliflər bunun vergi öhdəliklərindən yayınmaq məqsədilə qurulmuş sxem olduğunu irəli sürürlər. Həmçinin Karapetyan ailəsinin xeyriyyəçilik və vətənpərvərliklə bağlı bəyanatlarının bu iddialarla ziddiyyət təşkil etdiyi vurğulanır.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ