Onlayn ictimai-siyasi qəzet
Çin Xalq Respublikası regional təhlükəsizlik və dəniz sərhədləri mübahisəsi fonunda Tayvan ətrafında genişmiqyaslı yeni hərbi-strateji addım atdığını bəyan edib. Pekin adanın şərqində xüsusi dəniz əməliyyatına start verir.
Musavat.com xəbər verir ki, bu barədə Çin hökumətinin rəsmi ruporlarından sayılan "Global Times" qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, bu fəaliyyət Tayvanın şərqindəki dəniz sularının tamamilə blokadaya alınmasını nəzərdə tutur. Diqqətçəkən məqam budur ki, sözügedən genişmiqyaslı əməliyyata eyni vaxtda ölkənin bir neçə dəniz idarəsi, naviqasiya xidmətləri və xilasetmə təminatı qurumları cəlb olunur.
"Global Times" yazır ki, rəsmi Pekinin bu sərt qərarı regiondakı digər dövlətlərin birtərəfli addımlarına cavab xarakteri daşıyır. Çin tərəfi bu əməliyyatı Yaponiya və Filippinin Tayvanın şərqindəki dəniz sərhədləri ilə bağlı apardıqları birtərəfli danışıqlara qarşı atılması zəruri olan bir addım kimi qiymətləndirib. Rəsmi Pekin Tokio və Manilanın bu gizli razılaşma cəhdlərini özünün ərazi bütövlüyünə və regional maraqlarına qarşı ciddi pozuntu və təhdid hesab edir.
Toğrul İsmayıl,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ