İnsanlara hürriyət, millətlərə istiqlal!

101 konqresmen Azərbaycana qarşı – yenə adam olmayan Adam Şiff...

Erməni lobbisi Vaşinqtonda yenidən hərəkətə keçib: ABŞ Konqresində iki partiyanın nümayəndələri Bakıya hərbi yardımı kəsməyi tələb edir – Tramp administrasiyasının qərarına təzyiq göstərmək cəhdi

ABŞ Konqresinin 101 üzvü Azərbaycana hərbi yardımın dayandırılması tələbi ilə dövlət katibi Marko Rubiaya müraciət edib. Musavat.com "Alpha News"a istinadən xəbər verir ki,  26 senatorun və 75 Nümayəndələr Palatası üzvünün imzaladığı məktubda " erməni ağızından" düşməyən iddialar (separatçıların həbsdə saxlanılması, guya  Qarabağdakı dini-mədəni irs abidələrinin dağıdılması, hətta  Ermənistan ərazisində Azərbaycan hərbçilərinin mövcudluğu) yer alır.  

конгрессмены США против помощи АзербайджануMəsələnin diqqətçəkən tərəfi yalnız müraciətə imza atan konqresmenlərin sayı deyil. Təşəbbüsün arxasında ABŞ-dakı erməni təşkilatlarının fəal lobbiçilik fəaliyyəti dayanır. Məktubun təşviqində əsas rol oynayan qurumlardan biri Amerikanın Erməni Milli Komitəsidir (ANCA). Təşkilat oktyabrın 7-də yaydığı açıqlamada təşəbbüsü açıq şəkildə dəstəklədiyini bildirib. Yəni söhbət anti- Azərbaycan fəaliyyətinin nümunəsidir.

Təşəbbüsün əsas hədəflərindən biri ABŞ-ın “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ətrafında formalaşan siyasi mübarizədir. Həmin maddə Azərbaycana ABŞ hökumətinin birbaşa yardımını məhdudlaşdırır, lakin prezidentə müəyyən şərtlər daxilində bu məhdudiyyətdən imtina etmək səlahiyyəti də verilib. Donald Tramp administrasiyası 2025-ci ilin avqustunda Azərbaycanla bağlı bu səlahiyyətdən istifadə edib. 2026-cı ildə isə imtinanın müddətinin uzadılması Konqresdə Azərbaycan əleyhinə fəaliyyət göstərən qrupların yenidən fəallaşmasına zəmin yaradıb. ANCA-nın açıqlamasında da məktubun əsas məqsədlərindən birinin 907-ci maddə üzrə məhdudiyyətlərin tətbiqinə nail olmaq olduğu açıq göstərilir. Burada Azərbaycanın maraqları baxımından əsas məsələ ondan ibarətdir ki, hərbi yardım mövzusu ikitərəfli münasibətlərdə siyasi təzyiq vasitəsinə çevrilə bilər. Konqresmenlər administrasiyadan mövcud güzəşti davam etdirməməsini tələb edir, bununla da Ağ Evin Bakı ilə bağlı siyasətinə təsir göstərməyə çalışırlar.

Picture backgroundMəktubun təşəbbüskarları arasında anti-Azərbaycan və qatı ermənipərəst mövqeləri ilə seçilən senatorlar Qari Piters və Adam(əslində kheç vaxt adam olmayan) Şiff, Nümayəndələr Palatasının üzvləri Qas Bilirakis və Frenk Pallone var. Senatda demokratların lideri Çak Şumer də sənədə imza atıb. 101 konqresmenin ermənipərəst müraciəti göstərir ki, 907-ci maddə məsələsi ABŞ-da Azərbaycanla bağlı siyasi mübahisənin aktual alətlərindən biri olaraq qalır. Erməni təşkilatları bu mexanizmin yenidən sərtləşdirilməsinə nail olmaq üçün fəal işləyir, Konqresdəki tərəfdarları isə administrasiyaya təzyiq göstərirlər. Bu həm də Cənubi Qafqazda kövrək sülhə ermınipərəstlərin əli ilə vurulmuş zərbədir. 

Azərbaycan üçün məsələ təkcə hərbi yardımın taleyi deyil. Söhbət Vaşinqtonda ölkənin təhlükəsizlik siyasətinin necə qiymətləndirilməsindən, regional sülh gündəliyinin hansı şərtlərlə dəstəklənməsindən və erməni lobbisinin formalaşdırdığı narrativlərə qarşı hansı siyasi cavabın veriləcəyindən gedir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR