İnsanlara hürriyət, millətlərə istiqlal!

"İtlər İran səfirinə hücum etdi" – Diplomatdan gözlənilməz açıqlama

Gürcüstanda İran səfiri Seyid Əli Mücani Tiflisdə sahibsiz itlərin hücumuna məruz qalması və ayağının sınması barədə yayılan xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan “Frontnews” resursu hadisənin İran səfirinin başına gəldiyini yazıb.

Səfir isə hadisə zamanı xəsarət alan şəxsin özü deyil, diplomatik nümayəndəliyin başqa əməkdaşı olduğunu açıqlayıb.

Diplomat yayılan yanlış məlumatı istehza ilə şərh edib:

“Diplomatlarımızdan biri xəsarət alıb. Xəbər yayıldıqdan sonra qəribə hadisə baş verib: diplomatı birdən-birə vəzifədə yüksəldərək səfir ediblər. Vacib bir dəqiqləşdirmə: mən xəsarət almamışam! Həmkarımıza tezliklə sağalmağı arzulayırıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR