Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Babək Niftəliyev qısqanc olduğunu etiraf edib.
Sənətçi bu barədə "Xəzər axşamı" verilişində danışıb. Babək bu səbəbdən tələbəlik illərində xanım kurs yoldaşlarını nahar fasiləsində yaxınlıqdakı kafeyə gedərkən belə tək buraxmadığını bildirib:
"Çox qısqanc insanam. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alanda istəmirdim ki, məktəbimizin qızlarına kimsə başqa gözlə baxsın".
Qeyd edək ki, Babək Niftəliyev Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində müəllim kimi işləyib. Sənətçi hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində çalışır.//Demokrat.az
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ