Onlayn ictimai-siyasi qəzet
2026-cı il üzrə Nobel Sülh Mükafatının sahibi bəlli olub.
Musavat.com xəbər verir ki, Norveç Nobel Komitəsi bu mötəbər mükafata BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navanethem "Navi" Pillayın layiq görüldüyünü elan edib.
Qeyd edək ki, keçən il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya təqdim olunmuşdu. Bu il də namizədlər arasında adı çəkilən Donald Tramp mükafatsız qalıb.
85 yaşlı Cənubi Afrikalı hüquq müdafiəçisi Navanethem Pillay beynəlxalq hüquq və insan haqları sahəsində müstəsna xidmətlərinə görə bu mükafata layiq görülüb:
Ruanda Triputalındakı tarixi qərar: Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının hakimi kimi fəaliyyət göstərərkən o, kütləvi zorakılıq və təcavüzün soyqırımı aləti kimi tanınmasına nail olub.
BMT-də rekord xidmət: Navi Pillay 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində iki müddət fəaliyyət göstərən yeganə şəxsdir.
Apartheid rejimi ilə mübarizə: 1941-ci ildə Cənubi Afrikanın Durban şəhərində hind mənşəli tamil ailəsində anadan olan Pillay irqçi rejimdə böyüyüb. O, JAR Ali Məhkəməsinin ilk "ağdərili olmayan" qadın hakimi olub və Nelson Mandela da daxil olmaqla, siyasi məhbusların hüquqlarının müdafiəçisi kimi tanınıb.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ