İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağça uşağına psixotrop maddə verənin ağır CƏZASI – Təhlükə  

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bağça mühiti: Sevgi yerinə şiddət | tehsil365.news

Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb.
Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Bu kimi hallarda daha ağır cəza verilməli deyilmi, yoxsa hələ istintaq gedir?

“Şəxsin barəsində hələlik cinayət işi açılıb və ibtidai istintaq aparılır. İstənilən halda şəxsin konstitusiya hüququ olan təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşılmalıdır. Çünki hər hansı bir şəxs o zaman cinayəti törətmiş hesab olunur ki, onun barəsində qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olsun”.

Bu sözləri Musavat.com-a vəkil Ramil Süleymanov sualımızı cavablandırarkən deyib. Onun sözlərinə görə, onun təqsirini ibtidai istintaqı aparan orqan sübuta yetirməlidir: “Burada həmin uşaqların hər birinin deyil, seçmə üsulu ilə müayinələri aparılmalı, şahid ifadələri olmalıdır. Müəllimələr belə bir ifadə verməlidirlər. Nəticə etibarilə, şəxsin əməli istintaq tərəfindən tam sübuta yetirilməlidir" .

5 hərfli adında 3 səhv buraxanlar vəkil oldu” – İmtahan qalmaqalı məhkəmədə  davam edir

Vəkilə görə, istintaq kifayət qədər qənaətə gəlmiş olsa belə, məhkəmə şəxsin bəraəti barədə qərar verə bilər: "Bu səbəbdən də bu müddət ərzində şəxsin işdən çıxarılması, heç şübhəsiz ki, onun vəzifələrini icra etməsindən kənara qoyulması və işdən kənarlaşdırılması vacibdir. Əgər şəxsin barəsində hər hansı bəraətverici əsaslarla qərar verilmiş olsa, o zaman o, geri öz işinə qayıda biləcək".

O ki kaldı uşaqlara psixotrop maddələrin verilməsinə, Ramil Süleymanov qeyd edib ki, burada iki cinayət əməlinin törədilməsindən söz gedir:

“Biri psixotrop maddələrin qanunsuz dövriyyəsidir. Yəni şəxs bu psixotrop maddəni haradan və necə əldə edib, bunu nə cür gətirib istifadə üçün. Bu, Cinayət Məcəlləsinin 234-cü maddəsidir. Digəri isə psixotrop maddələri istifadə etməyə təhriketmədir ki, bu da Cinayət Məcəlləsinin 236-cı maddəsidir. Cinayət Məcəlləsinin 236.2.3-cü maddəsinə görə, bilə-bilə yetkinlik yaşına çatmayan şəxsə psixotrop maddələrin verilməsini təhrik etmək 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Heç şübhəsiz ki, burada uşaqların sağlamlığına vurulmuş zərər də öz yerindədir, buna görə də ayrıca bir maddə əlavə oluna bilər. O cümlədən şəxsin öz qulluq mövqeyindən edərək vəzifə səlahiyyətlərini aşması da törədilmiş cinayət əməli hesab olunur. Yekunda artıq buna məhkəmə qərar verəcək”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR