İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin hərbçilərin axtarışı zamanı şəhid olan İlkinin anası vəfat etdi

Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib.

Şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib.

O, ötən gün doğma kəndində dəfn edilib.

Qeyd edək ki, İlkin Bayramov Vətən müharibəsində iştirak edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda xidmət göstərib. O, 2021-ci il aprelin 4-ü Suqovuşan istiqamətində azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı baş vermiş mina partlayışı nəticəsində ağır xəsarət alıb. 12 gün komada qalan İlkin aprelin 16-sı müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə ucalıb./Qafqazinfo/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR