İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni nəsil yox olur – Doğum göstəriciləri rekord sürətlə azalır

Dünyanın bir çox ölkəsində doğum göstəricilərində kəskin azalma qeydə alınır.

Musavat.com xəbər verir ki, artıq 66 ölkədə doğum səviyyəsi hər qadına təxminən bir uşaq həddinə yaxınlaşıb. Mütəxəssislər bunun uzunmüddətli demoqrafik nəticələr doğura biləcəyini bildirirlər.

Xüsusilə, Yaponiya üçün 2040-cı ilə proqnozlaşdırılan doğum səviyyəsinə ölkənin artıq indi çatdığı qeyd olunur. Bu isə gözləniləndən təxminən 15 il daha erkən baş verib.

Bəzi tədqiqatçılar bu tendensiyanı smartfonların və sosial şəbəkələrin geniş yayılması ilə əlaqələndirirlər. Onların fikrincə, rəqəmsal ünsiyyət getdikcə daha çox insan üçün canlı sosial münasibətləri əvəz edir.

Ekspertlər xatırladırlar ki, tarixən bu cür aşağı doğum göstəriciləri əsasən müharibələr, aclıq və ya iri iqtisadi böhranlar dövründə müşahidə olunurdu. Hazırkı vəziyyət isə sülh şəraitində baş verdiyi üçün xüsusi diqqət çəkir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR