İnsanlara hürriyət, millətlərə istiqlal!

“Həzi Aslanov”da kişi evini yandırdı

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Musavat.com APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən yaşayış binasının üçüncü mərtəbəsində qeydə alınıb.

Yanğının həmin ünvanda yaşayan şəxslər arasında şəxsi münaqişə zəminində törədildiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunublar.

Yanğın söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR