Onlayn ictimai-siyasi qəzet
"Ukrayna "Şimal axını" qaz kəmərlərinin 2022-ci ildə partladılmasında iştirak etməyib."
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski mətbuat konfransında "Şimal axını-2"nin partladılması ilə bağlı istintaqın davam etdiyini deyib.
"Ukraynanın bununla heç bir əlaqəsi yoxdur. Baş verənlərin təfərrüatları isə istintaqın predmetidir", - Zelenski bildirib.
Məlumata görə, "Şimal axını" partlayışları ilə bağlı Ukrayna vətəndaşları da saxlanılıb. Bununla belə, Ukrayna Baş Prokurorluğu kəmərlərin partladılmasında Ukraynanın iştirakının müəyyən edilmədiyini açıqlayıb./APA
24 Avqust 2026
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ