İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Zelenskinin QƏLƏMİNİ QIRDI: “Ukraynanın yeni liderə ehtiyacı var”

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin münaqişəni bitirmək üçün bir neçə fürsəti əldən verdiyini bildirib və Ukrayna rəhbərliyini tutduğu yolu dəyişməyə çağırıb.

Musavat.com xəbər verir ki, ABŞ liderinin sözlərinə görə, Kiyevin addımları bütün dünya üçün ciddi problemlər yaradır.

"Zelenski dərhal dayanmalıdır. O, müharibəyə artıq bir neçə dəfə son qoya bilərdi", - deyə Tramp vurğulayıb.

 Ağ Ev rəhbəri, həmçinin Ukraynadan Rusiyanın neft emalı zavodlarına endirilən zərbələri dayandırmağı tələb edib.

"Zelenski nə istəyir edə bilər, lakin Rusiyanın neft emalı zavodlarına hücumları mütləq dayandırmalıdır", - deyə ABŞ prezidenti bəyan edib.

Bundan əlavə, Tramp Ukraynada hakimiyyət dəyişikliyinin vacibliyini qeyd edib.

"Ukraynanın yeni lider təyin etmək vaxtı artıq çatıb", - deyə Amerika dövlət başçısı fikrini yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR