Onlayn ictimai-siyasi qəzet
"Nə mən, nə də Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatını aldı".
Bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
“Mən 8 müharibəyə son qoydum, daha 2 müharibəni bitirməyə və ya həllə nail olmağa yaxınam. Sağ olanlar və həyatını itirənlər də daxil olmaqla, son 28 nəfər israilli girovun hamısının geri qaytarılmasını təmin etdim. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə girovun azad edilərək evlərinə göndərilməsinə nail oldum. Venesuelada müharibəni qazandım və ölkəni amansızlıqla idarə edən qəddar diktatoru ələ keçirdim. Terrorizmin bir nömrəli dövlət himayədarı olan İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını aldım - və daha nələr etdim. Bütün bunlara baxmayaraq, nə mən, nə də Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatını aldı!", - deyə, paylaşımda qeyd olunub./lent.az
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ