İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir FOTO ilə həyatı dəyişdi - Hər kəs ondan danışır

Türkiyənin “Bodrumun İnciləri” komandasında çıxış edən voleybolçu Məryəm Cabbaroğlu oyun öncəsi çəkdirdiyi foto ilə böyük marağa səbəb olub.

Musavat.com bildirir ki, Cabbaroğlu oktyabrın 3-də “Karşıyaka” komandası ilə keçirilən qarşılaşmadan əvvəl çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşdıqdan sonra diqqət mərkəzinə düşüb.

Türkiyədə başlayan bu marağın qısa müddətdə xarici ölkələrə də yayıldığını bildirən idmançı fotonu rəfiqəsi ilə toyuq-plov yeyərkən paylaşdığını deyib.

Fotosunun bu qədər böyük marağa səbəb olacağını gözləmədiyini deyən Məryəm Cabbaroğlu yaşadığı təəccübü belə ifadə edib:

“Belə bir şeyin baş verəcəyini gözləmirdim. Sosial şəbəkələrdə hər şey bir anda yayıla bilir. Həm müsbət, həm də mənfi rəylər yazıla bilər. Buna görə də şərhləri oxumamağa, onlara baxmamağa çalışdım. Ailəmdən və dostlarımdan fotonu mənə göndərənlər oldu. Mən bu şəkli dostumla birlikdə toyuq-plov yeyərkən paylaşmışdım. Heç kim belə bir şeyin baş verəcəyini gözləmirdi”.

Voleybolçu Ankarada doğulub böyüdüyünü bildirib. Anasının rus, atasının isə Yozqat əsilli olduğunu deyən Cabbaroğlu özünü Ankara ilə bağlı hiss etdiyini vurğulayıb.

Gənc idmançı Türkiyənin qadınlardan ibarət milli voleybol komandasında çıxış etməyin ən böyük arzularından biri olduğunu da gizlətməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR