Onlayn ictimai-siyasi qəzet
Bəzi balıq növləri ürək sağlamlığı üçün xüsusilə faydalıdır.
Dietoloq Endcel Lyuk ürək-damar xəstəliklərinin profilaktikası üçün omeqa-3 yağ turşuları ilə zəngin balıqların menyuya daxil edilməsini tövsiyə edib.
Onun sözlərinə görə, omeqa-3-ün ən yüksək miqdarı siyənək və qızılbalıqda olur. Bu balıqların 100 qram bişmiş hissəsində təxminən 2150 milliqram omeqa-3 yağ turşusu var.
Dietoloq bildirib ki, balıqda olan eykosapentaen və dokosaheksaen turşuları periferik arteriya xəstəlikləri və digər ciddi ürək-damar fəsadlarının yaranma riskini azalda bilər.
Bu maddələr həmçinin orqanizmdə iltihabı azaltmağa, hamiləlik dövründə və körpələrdə beyin və gözlərin inkişafını dəstəkləməyə kömək edir.
Mütəxəssis qeyd edib ki, sardina və skumbriyada da faydalı maddələr kifayət qədər çoxdur, lakin onların miqdarı qızılbalıq və siyənəklə müqayisədə daha azdır. (Publika.az)
24 Avqust 2026
04:30 Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ