İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada HƏYƏCAN: Putinin təyyarəsi eniş edə BİLMİR - Səmada dövrə vurur!

Türkmənistana rəsmi səfərdən geri qayıdan Rusiya prezidentinin xüsusi təyyarəsi Moskva səmasında çətin anlar yaşayır.

Musavat.com "Flightradar24" xidmətinin təqdim etdiyi canlı radar məlumatlarına istinadən xəbər verir ki, Rusiya paytaxtında hava sahəsinə kəskin məhdudiyyətlərin tətbiq olunması və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin işləməsi səbəbindən xüsusi bort eniş edə bilmir və səmada dövrələr vurmaq məcburiyyətində qalıb.

Vladimir Putinin şəxsən təyyarənin göyərtəsində olduğu, yoxsa bu reyslə yalnız rəsmi nümayəndə heyətinin uçduğu barədə hələlik dəqiq məlumat verilmir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR