İnsanlara hürriyət, millətlərə istiqlal!

 UNEC-in 3 alimi dünyanın TOP 2 faiz alimləri siyahısında

ABŞ-nin Stanford Universitetinin 2026-cı il üzrə dünyanın ən yaxşı 2 faiz alimlərini əhatə edən “World’s Top 2% Scientists” siyahısı açıqlanıb.

Musavat.com xəbər verir ki, dünya alimlərinin elmi fəaliyyətinin qiymətləndirilməsi məqsədilə hazırlanan siyahıda UNEC-in 3 alimi də yer alıb.

Siyahıya əsasən, UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı müəllim, dosent Tural Nağıyev və UNEC İqtisadi Klinika Tədqiqat Mərkəzinin tədqiqatçısı, dosent Mustafa Tevfik Kartal növbəti dəfə dünyanın TOP 2 faiz alimləri sırasında yer alıblar.

Bu ildən etibarən siyahıya UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Tədqiqat Mərkəzinin tədqiqatçısı, tədqiqatçı müəllim, ekonometrika üzrə fəlsəfə doktoru Həsrəddin Quliyev də daxil olub.

Reytinq dünyanın aparıcı akademik nəşriyyatlarından biri olan “Elsevier”in Scopus bazasının əvvəlki il üzrə məlumatları əsasında hazırlanır. Siyahıya daxil ediləcək alimlərin ilkin seçimində “Scopus” bazasında ən azı 5 məqaləsi indeksləşən tədqiqatçılar nəzərə alınır. Sonrakı mərhələdə isə alimlərin elmi fəaliyyətinin müxtəlif göstəriciləri, o cümlədən ümumi istinad sayı, özünə istinadlar çıxılmaqla istinad sayı, h-indeksi, hm-indeksi və digər meyarlar əsasında qiymətləndirmə aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR