İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana xaricdən nələr gəlir? - Təəccübləndirən məhsullar var

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın mühüm növ qeyri-neft-qaz məhsullarının idxal göstəriciləri bəlli olub.

Açıqlanan rəsmi statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gətirilən bir sıra əsas məhsulların həcmində və dəyərində nəzərəçarpan dəyişikliklər qeydə alınıb.

Hesabat dövründə ən çox vəsait minik avtomobillərinin idxalına yönəldilib. 8 ay ərzində ölkəyə 788 milyon 464.8 min dollar dəyərində 42 min 755 ədəd minik avtomobili gətirilib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 37.4 faiz, nominal ifadədə isə 36.6 faiz azalma deməkdir. 

Ölkəyə gətirilən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalında isə artım meyli müşahid olunub. Belə ki, buğda idxalı nominal ifadədə 13.3 faiz artaraq 185.1 milyon dollara (841.6 min ton), bitki yağlarının idxalı 27.5 faiz artaraq 155 milyon dollara (101.9 min ton), təzə meyvə idxalı isə 17.9 faiz artaraq 133.5 milyon dollara (103.4 min ton) çatıb. Həmçinin xam şəkər idxalının dəyəri 3.6 faiz artaraq 139.9 milyon dollar (309.6 min ton), unlu qənnadı məmulatlarının idxalı isə 13.1 faiz artaraq 95.4 milyon dollar (32.6 min ton) təşkil edib.

Səhiyyə və texnologiya sektorunda 308.3 milyon dollar dəyərində dərman vasitələri (8.7 min ton) və 127.5 milyon dollar dəyərində hesablama maşınları, blok və qurğuları (469.2 min ədəd) idxal edilib. Dərman vasitələrinin idxal dəyəri nominal ifadədə 0.6 faiz gerilədiyi halda, hesablama maşınlarının idxal dəyəri 21.6 faiz artıb.

Bununla yanaşı, kərə yağı və digər süd yağlarının idxalı nominal ifadədə 17.4 faiz azalaraq 102.3 milyon dollara (16.5 min ton) düşüb. Ən kəskin azalma isə qızıl idxalında qeydə alınıb; işlənməmiş, yarımışlənmiş və ya toz şəklində qızılın idxalı nominal ifadədə 99.4 faiz geriləyərək 21.2 milyon dollar (136.5 kq) təşkil edib.//Yeni Sabah

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR