Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının sammitində rus dilində çıxış etməsi erməni siyasi dairələrində müzakirələrə səbəb olub. Erməni politoloq Beniamin Matevosyan baş naziri Moskva ilə münasibətlərdə taktiki manevrlər etməkdə və əslində Azərbaycanla Türkiyəyə yaxınlaşmağa hazırlaşmaqda ittiham edib.
Musavat.com xəbər verir ki, Matevosyan Paşinyanın MDB sammitində rus dilində danışmasını onun əvvəlki davranışları ilə müqayisə edərək istehzalı şəkildə şərh edib.

“Paşinyan ŞƏT+ sammitindən fərqli olaraq, MDB dövlət başçılarının toplantısında qəfildən rus dilini bildiyini xatırladı”, – deyə politoloq bildirib.
Matevosyanın iddiasına görə, Ermənistanın baş naziri Rusiyadan alınan təbii qazın qiymətinin yanvarın 1-dən artırılmaması üçün Moskvanı narazı salmamağa çalışır.
Erməni politoloq hesab edir ki, Paşinyan bununla Ermənistanın enerji sistemini Azərbaycan və Türkiyənin elektrik ötürücü xətlərinə qoşmaq üçün vaxt qazanmaq istəyir.
Onun sözlərinə görə, bu proses son nəticədə Ermənistanın türk dünyasına inteqrasiyasını asanlaşdıra bilər.
Matevosyan Paşinyanın Rusiya layihəsi əsasında atom elektrik stansiyası tikmək barədə bəyanatlarını və Rusiya Dəmir Yolları ilə mümkün razılaşmalarını da eyni siyasətin tərkib hissəsi kimi qiymətləndirib.
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ