Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranla “məhsuldar müzakirələrin” getdiyini bildirərək Vaşinqtonun noyabrın 3-də keçiriləcək aralıq seçkilərə qədər İrana hücum etməyəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
O, İranın iqtisadi və hərbi baxımdan çox çətin vəziyyətdə olduğunu iddia etsə də, ABŞ-ın İrana qarşı tətbiq etdiyi blokadanın qüvvədə qalacağını vurğulayıb.
Trampın sözlərinə görə, ötən gecə Hörmüz boğazından rekord həcmdə - 22 milyon barel neft keçib. O, bu neftin İran mənşəli olmadığını və İrana yönəlmədiyini bildirib.
ABŞ prezidenti paylaşımını “İran nüvə silahına sahib olmayacaq” bəyanatı ilə yekunlaşdırıb. Trampın açıqlamasında İranla aparılan müzakirələrin məzmunu barədə əlavə təfərrüat verilməyib.
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ