İnsanlara hürriyət, millətlərə istiqlal!

27 yaşlı Mbappenin bu görüntüləri ortalığı qarışdırdı - ŞOK CAVAB gəldi - FOTOLAR

“Real Madrid”in fransalı ulduzu Kilian Mbappe dizindən aldığı zədə səbəbindən yaşıl meydanlardan uzaq qaldığı müddətdə bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Fransa milli komandasında çıxış edərkən zədələnən və təxminən iki həftədir meydana çıxa bilməyən 27 yaşlı Mbappenin müalicə prosesi zamanı Parisdə gecə klubuna getdiyi iddia olunub.

mbappe-sakatken-gece-kulubunde-goruntulendi-real_51717bdb3c_amp.jpg (72 KB)

Fransalı futbolçunun ispan aktrisa Ester Eksposito ilə birlikdə əyləncə məkanlarından birində görüntüləndiyi bildirilir.

mbappe-sakatken-gece-kulubunde-20315479-4536_1_m.jpg (55 KB)

Mbappe ətrafında müzakirələrə səbəb olan digər hadisə isə İsveçrədə yaşanıb. Fransalı ulduzun velosiped sürdüyü anları əks etdirən görüntülər onun dizindən aldığı zədəyə görə müalicə olunduğu bir vaxtda fiziki aktivliklə məşğul olmasının nə dərəcədə düzgün olduğu barədə suallar yaradıb. İspaniya mətbuatında futbolçunun bərpa prosesi müzakirə olunarkən bəzi “Real Madrid” azarkeşləri də onun meydandan kənardakı davranışlarını tənqid ediblər.

Lakin “Real Madrid”in baş məşqçisi Joze Mourinyo mətbuat konfransında fransalı ulduza yönələn tənqidlərə qarşı çıxıb. O, Mbappenin Parisdə gecə klubunda əylənməsi ilə bağlı yayılan iddiaları təkzib edərək futbolçunun qatıldığı tədbirin moda nümayişi çərçivəsində təşkil olunmuş özəl dəvət olduğunu bildirib.

Portuqaliyalı mütəxəssis İsveçrədə çəkilən velosiped görüntülərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, velosipedlər hotelin spa mərkəzinə və ümumi istifadə sahələrinə çatmaq üçün istifadə olunub.

Mourinyo Mbappenin dizindəki problemlə əlaqədar klub həkimləri tərəfindən müayinə olunduğunu, daha sonra isə əlavə tibbi rəy aldığını açıqlayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR