İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyardlıq layihə ölkəni qarışdırdı: xalq küçələrə axışır

Albaniyada 5 milyard dollarlıq kurort layihəsinə qarşı etirazlar getdikcə böyüyür.

Musavat.com xəbər verir ki, Sazan adasında həyata keçirilməsi planlaşdırılan və ABŞ prezidenti Trampın kürəkəni Kuşnerin "Affinity Partners" şirkəti ilə əlaqələndirilən layihəyə qarşı aksiyalar artıq altıncı gündür davam edir.

Məlumata görə, “Albaniya satılmır” şüarı ilə keçirilən etirazlarda çoxsaylı vətəndaş iştirak edir. Sosial şəbəkələrdə yayılan görüntülər son aksiyanın əvvəlkilərlə müqayisədə daha kütləvi olduğunu göstərir.

Etirazçılar layihənin ətraf mühitə və ölkənin milli sərvətlərinə zərər verəcəyini bildirərək tikintinin dayandırılmasını tələb edirlər. Hökumət isə layihənin ölkəyə böyük investisiya və yeni iş yerləri qazandıracağını vurğulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR