İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng Rusiya sürətlə "qan itirir" – Büdcə kəsiri 6 trilyon

Rusiyada federal büdcə kəsiri sürətlə artmaqda davam edir.

Musavat.com xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin ilkin məlumatına görə, ilin ilk beş ayının yekununda büdcədə yaranan kəsir 6 trilyon rubla (təxminən 130 milyard manata) çatıb. Bu göstərici ölkənin ÜDM-nin 2,6 faizinə bərabərdir.

Məlumata görə, büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Eyni zamanda, bu rəqəm hökumətin bütün il üçün nəzərdə tutduğu 3,79 trilyon rubl (təxminən 82 milyard manat) həcmindəki plan göstəricisini artıq 1,6 dəfə üstələyib.

Rusiya Maliyyə Nazirliyi bildirib ki, büdcə xərclərinin artması kəsirin genişlənməsində əsas amillərdən biri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR