İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə dəqiqəyə şəhər yox oldu – qorxunc mənzərə - Video

Çinin şimalındakı Harbin şəhərində qeyri-adi təbiət hadisəsi yaşanıb.

Musavat.com xəbər verir ki, şəhəri qısa müddət ərzində güclü toz fırtınası bürüyüb. Sosial şəbəkələrdə yayılan görüntülərdə nəhəng toz divarının sürətlə yaşayış məntəqəsinə yaxınlaşdığı və bir neçə dəqiqə ərzində ətrafı tamamilə görünməz hala gətirdiyi əks olunub.

Məlumata görə, fırtına səbəbindən görünüş məsafəsi kəskin şəkildə azalıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yerli sakinlərə açıq havada ehtiyatlı olmaları və zərurət olmadıqca evdən çıxmamaları tövsiyə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR