Onlayn ictimai-siyasi qəzet
Prezident seçkilərinin ikinci turundan on iki gün əvvəl Braziliya prezidenti Luis İnasio Lula da Silva fərdi sahibkarlar üçün genişmiqyaslı dəstək paketi başlatmaq niyyətində olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, onun çıxışını CNN Brasil yayıb. Silva bildirib ki, bu paket fərdi sahibkarların ümumilikdə 12,6 milyard real (təxminən 2,5 milyard dollar) məbləğində dövlət borcunun tamamilə silinməsini nəzərdə tutur.
Hökumətin təşəbbüsü Silvanın prezident seçkilərinin ilk turunda müxalifətçi senator Flavio Bolsonarodan arxada qalmasından sonra kiçik biznesi öz tərəfinə çəkmək məqsədi ilə qaldırılıb. Prezident dövlətin fərdi sahibkarların borclu olduğu kommersiya banklarından vaxtı keçmiş kreditləri geri alacağını və sahibkarlara bu borcları 90 faizdən çox endirimlə ödəməyə imkan yaradacağına söz verib. Digər bir tədbir isə adambaşına 5000 reala (təxminən 1000 dollar) qədər birbaşa, geri qaytarılmayan subsidiyaların tətbiqi olacaq. Bu vəsait avadanlıqların alınması və biznesin inkişafı üçün ayrılacaq.
Qeyd edək ki, Silva birinci turda Bolsonarodan 3 faizədək az səs toplayıb. Seçkidən sonra ümumilikdə 3 milyondan çox səs toplamış 2 namizəd də Bolsonarunu dəstəkləyib.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ