İnsanlara hürriyət, millətlərə istiqlal!

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər.

2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsinə əsaslanır.

Nəticələrə görə, gündə 7-8 saat yatmaq, ən azı 40 dəqiqə fiziki aktiv olmaq və balanslı qidalanmaq ömrü 9 il 4 ay, sağlam yaşanılan müddəti isə 9 il 5 ay artıra bilər.

Alimlər bildirirlər ki, hətta yuxunu 5 dəqiqə artırmaq, gündəlik hərəkətə 2 dəqiqə əlavə etmək və daha çox tərəvəz yemək də faydalı ola bilər.

Psixoloqlar yeni vərdişləri gündəlik rutinə daxil etməyi və dəyişiklikləri tədricən etməyi tövsiyə edirlər. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR