İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu son 2 həftədə bir neçə dəfə Trampa zəng vurub 

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp ötən həftə telefon danışığı zamanı İrana qarşı yeni genişmiqyaslı əməliyyatın başlama ehtimalını müzakirə ediblər.

Musavat.com xəbər verir ki, məlumatı Axios ABŞ və İsrail rəsmilərinə istinadən yayıb. Portala danışan İsrail rəsmisinin sözlərinə görə, telefon danışığı zamanı Netanyahu İsrail kəşfiyyatının İranın nüvə proqramını yenidən başlatmaq üçün həyəcan verici addımlar atdığını öyrənməsindən narahatlığını bildirib.

Axios qeyd edir ki, İsrail liderinin Trampla mümkün zərbə barədə söhbəti ABŞ prezidentinin aralıq konqres seçkilərindən əvvəl İrana zərbə endirməyəcəyini açıqlamasından əvvəl baş tutub. İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması İsrail seçkiləri (27 oktyabra planlaşdırılır) və ABŞ-ın aralıq seçkiləri (bir həftə sonra keçiriləcək) zamanı olduqca həssas və gözlənilməz bir amil ola bilər.

Bununla belə, mənbələrə görə, İsrail və ABŞ hərbi qüvvələri hazırlıq vəziyyətindədir və Trampın fikrini dəyişməsi ehtimalına hazırlıqları yekunlaşdırır.

Mənbələrə görə, Netanyahu son iki həftə ərzində Trampla İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlama ehtimalı ilə bağlı bir neçə telefon danışığı aparıb. Netanyahu və Tramp hərbi və nüvə obyektlərini hədəf alan potensial ABŞ-İsrail birgə əməliyyatını müzakirə ediblər.

Mənbə bildirib ki, İsrail xüsusilə İranın uran zənginləşdirilməsi üçün nəzərdə tutulmuş Pikaks dağı obyektindən istifadə edə biləcəyi ehtimalından narahatdır.

Portalın məlumatına görə, 2 oktyabrda Tramp administrasiyasının əsas üzvləri münaqişədə növbəti addımları və zərbələrin bərpası ehtimalını müzakirə etmək üçün Kemp Deviddə çoxsaatlıq görüş keçiriblər.

Bir İsrail rəsmisinin sözlərinə görə, Tramp əvvəlcə hücumları bərpa etməyə meylli görünürdü, lakin sonra tərəddüd etməyə başlayıb.

ABŞ rəsmisi qeyd edib ki, Trampın bu məsələ ilə bağlı mövqeyi daim dəyişir.

Müzakirələrlə tanış olan bir mənbəyə görə, Pentaqon katibi Pit Heqset və ABŞ Mərkəzi Komandanlığının rəhbərliyi İrana zərbələrin bərpası üçün ən səsli tərəfdarlardır.

Lakin Trampın müşavirlərinin əksəriyyəti tədbirləri iqtisadi sanksiyaların və digər təzyiq tədbirlərinin saxlanması ilə məhdudlaşdırmağı müdafiə edir.

Bir ABŞ rəsmisi bildirib ki, "onlar iddia edirlər ki, bu iqtisadi boğma siyasəti getdikcə daha çox nəzərə çarpan nəticələr verir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR