İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İslam İnqilabından əvvəl və sonra: müharibələr, terror və regional qarşıdurmalar...  

1979-cu ildə İslamçıların hakimiyyətə gəlməsi İranın yalnız daxili həyatını deyil, bütün Yaxın Şərqin siyasi mənzərəsini dəyişdi.

Musavat.com xəbər verir ki, inqilabdan sonra ölkə səkkiz il davam edən İran–İraq müharibəsinə sürükləndi, regionda silahlı qruplara dəstək siyasəti gücləndi, İranın Qərblə münasibətləri kəskin pisləşdi.

ABŞ səfirliyinin girov böhranından tutmuş, nüvə proqramı ətrafında yaranan beynəlxalq gərginliyə, sanksiyalara və regional münaqişələrə qədər bir sıra hadisələr ölkənin taleyinə təsir göstərdi.

Bəs inqilab İrana nə verdi, ölkəyə və regiona hansı bədəlləri ödətdi? İnqilabdan əvvəlki və sonrakı İranın müqayisəsi bu suallar ətrafında düşündürür.

@@TVmusavat/157204@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR