İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahudan ŞOK BƏYANAT: "Müxalifət gəlsə, Fələstin dövlətini yaradacaq"

İsrailin Baş naziri Binyamin Netanyahu ölkədəki daxili siyasi mübarizə və gözlənilən seçkilər fonunda müxalifətə qarşı kəskin iddialarla çıxış edib.

Musavat.com xəbər verir ki, hökumət başçısı siyasi rəqiblərinin hakimiyyətə gələcəyi təqdirdə ölkənin milli təhlükəsizlik maraqlarına böyük zərbə vuracağını bəyan edib.

Netanyahu öz açıqlamasında bildirib: "Əgər müxalifət qələbə qazanarsa, onlar Fələstin dövləti yaradacaqlar. Onlar ordumuzu Livandan və Qəzza sektorundan tamamilə çıxaracaqlar. Ən əsası isə İrana və onun təhdidlərinə qarşı heç bir addım atmayacaqlar".

İsrail Baş naziri vurğulayıb ki, hazırkı hökumətin hərbi və diplomatik strategiyası ölkənin suverenliyini və regional təhlükəsizliyini qorumağa yönəlib. Müxalifətin mümkün hakimiyyəti isə Netanyahunun fikrincə, Tel-Əvivin regional mövqelərini zəiflədə və düşmən qüvvələrin bölgədə möhkəmlənməsinə şərait yarada bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR