Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Saratov vilayətinin Balakovo şəhərində yerləşən strateji obyektlər gecə saatlarında pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.
Musavat.com xəbər verir ki, zərbələr nəticəsində bölgədəki iri metallurgiya zavodunun ərazisində və "Sberbank"a məxsus Rusiyanın ən böyük məlumat emalı mərkəzlərindən (TSOD) birində yanğınlar qeydə alınıb.
"Exilenova+" monitorinq kanalının məlumatına görə, əsas hədəflərdən biri "Sberbank"ın tikintisi mərhələli şəkildə davam edən və bəzi korpusları artıq istismara verilmiş meqa data-mərkəzi olub. Ümumi dəyəri 1 milyard ABŞ dollarından çox olan bu strateji obyekt 82 МVt elektrik gücünə, 3 mindən çox server rəfinə və 120 min server tutumuna hesablanıb.
Kompleks "Sberbank"ın bütün IT-infrastrukturunu qidalandırmaq, həmçinin nəhəng bank məlumatlarını saxlamaq üçün nəzərdə tutulub.
Eyni zamanda, Balakovo Metallurgiya Zavodunun ("MZ Balakovo") sənaye zonasında da ardıcıl partlayışlar və düşmə zərbələri təsbit edilib. Polad və müxtəlif növ metal prokatı, o cümlədən armatur istehsalı üzrə ixtisaslaşan bu hərbi-sənaye əhəmiyyətli müəssisəyə dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Hadisə yerindən çəkilən kadrlar Rusiya rəqəmsal və sənaye altyapısına ciddi zərbə vurulduğunu göstərir.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ