Onlayn ictimai-siyasi qəzet
“Bir qayda varsa, ona əməl edilməlidir. Qanunlar sadəcə məcəllədə yer alsın deyə yazılmır. Bu gün məktəblilər üçün vahid forma müəyyən edilibsə, hamı ona əməl etməlidir”.
Musavat.com xəbər verir ki, bunu sənətçi Nazilə Səfərli deyib. Sənətçi vahid məktəbli forması ilə bağlı qərarın bir qədər gecikmiş addım olduğunu bildirib:
“Hamının bir yerdə, eyni cür geyinməsi çox gözəl addımdır və gecikmiş qərardır. Kaş ki, vaxtında bütün Azərbaycanda məktəbli geyimləri eyni olardı. Özəl məktəb, qeyri-özəl məktəb fərqi olmazdı, hamı eyni cür geyinərdi.
Mən nə siyasət bilirəm, nə də din. Hicabla bağlı mənə suallar verməyin. Mənim başımda hicab yoxdur, heç vaxt da olmayıb. Ömrümdə üç dəfə məscidə getmişəm. Bu sualları mənə verməyin.
Şou-biznesdə başıörtülü olanların hamısı toylarda kişilərin qarşısında oxuyurlar. Halbuki sizin dediyinizə görə, müsəlman qadının səsi belə çıxmamalıdır, nəinki kiminsə qarşısında oxuması. Yəni bu sahədə nəyin doğru, nəyin yanlış olduğunu bilmirəm.
Bir daha qeyd edirəm ki, məktəblə bağlı qayda-qanun çox gözəl qayda-qanundur. Mən bu ölkədən yerlə-göy qədər razıyam. Yaxşı ki, Azərbaycan vətəndaşıyam. Ətrafımızdakı qonşu ölkələrə bir baxın, hər yerdə “banditlər” yetişir. Səkkizinci sinifdə oxuyan uşaqlar oğru dünyasından danışırlar. Ətrafımızdakı, bizə yaxın ölkələrin əksəriyyətində belə hallar var.
Yaxşı insan olaq, yaxşı əməllərlə yadda qalaq, dövlətimizin, Vətənimizin və əmin-amanlığımızın qədrini bilək!
Niyyəti xoş olmayanların insanları bir-birindən ayırmasına, pərən-pərən salmasına imkan verməyək!
Bütün sənət yoldaşlarımı birliyə çağırıram!”
@@TVmusavat/157175@@
Xalidə,
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ