İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ! Rusiya ilə Ukrayna arasında ANLAŞMA - Qərar verildi

Rusiya və Ukraynanın insan hüquqları üzrə müvəkkilləri (ombudsmanlar) iki ölkə vətəndaşları üçün rəsmi sənədlərin mübadiləsini təmin edəcək xüsusi qarşılıqlı əlaqə kanalına çevriləcəklər.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib.

O, iki dövlət arasında diplomatik münasibətlərin olmamasının ciddi humanitar və hüquqi problemlər yaratdığını vurğulayıb: "Ölkələrimiz arasında diplomatik əlaqələr olmadığı üçün hər hansı bir tərəfdən hərbi qulluqçu həlak olduqda, onun valideynləri isə digər ölkədə yaşadıqda və ya orada vəfat etdikdə, lazımi arayışlar olmadığı üçün biz onlara, Ukrayna tərəfi isə öz növbəsində digərlərinə düşən vəsaitləri ödəyə bilmirik".

Yana Lantratovanın sözlərinə görə, mövcud vəziyyətdə rəsmi arayışların əldə edilməsi qeyri-mümkün xarakter alıb. Bu səbəbdən tərəflər humanitar böhranın fəsadlarını azaltmaq üçün razılığa gəliblər: "Biz bu arayışların ötürülməsini təmin edəcək qarşılıqlı əlaqə kanalına çevrilmək barədə razılıq əldə etdik. Ukrayna tərəfinin ombudsmanı Dmitri Valeryeviç Lubinets bu prosesdə köməklik göstərəcəyini bildirdi, mən də öz tərəfimdən müvafiq addımları atacağam".

Qeyd edək ki, Rusiya və Ukrayna ombudsmanlarının bundan əvvəl Belarus ərazisində baş tutan sonuncu hərbi əsirlərin mübadiləsi zamanı görüşdükləri barədə məlumat yayılmışdı.

Toğrul İsmayıl,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR